Şəhid Anası: “Xankəndidə erməni ilə qonşu olmaq istəyirəm” – VİDEO

      Şəhid Anası:    “Xankəndidə erməni ilə qonşu olmaq istəyirəm” –    VİDEO
  18 Dekabr 2022    Oxunub:3786
“Bunu hələ iki il əvvəl demişdim: Mən Xankəndidə yaşamaq istəyirəm”. Bu sözləri Vətən müharibəmizin şəhidi Xalid Hassanın anası Maya Quliyeva Xankəndi yolunda keçirilən mitinq zamanı verdiyi müsahibədə deyib.
O bildirib ki, həmçinin birinci Qarabağ müharibəsinin veteranı olan anası, döyüşçü Şamama Quliyevanın da arzusu Xankəndidə yaşamaqdır.

- Hətta bilsəm ki, mənim oğlum Xankəndidə yaşayan qonşumun atdığı güllədən, yaxud mərmidən şəhid olub, mən yenə də onunla qonşu olaraq yaşamağa hazıram! – Şəhid Anası deyib.

Qeyd edək ki, Maya xanım Xankəndi yolunda keçirilən etirazlara könüllü şəkildə qatılıb.

Samir Quliyev
AzVision.az




Teqlər: Xankəndi  





Xəbər lenti