Ekoterrorun təşkilatçıları – KARİKATURA

   Ekoterrorun təşkilatçıları –    KARİKATURA
  18 Dekabr 2022    Oxunub:2582
Xankəndi yolunda keçirilən etiraz aksiyası Qarabağda yaşayan ermənilərə yox, orada ekoloji terror həyata keçirən cinayətkar dəstəyə qarşıdır.
Sxem belə qurulub: Rusiyadan gələn milyarder Ruben Vardanyan Qarabağdakı yataqların qanunsuz istismarını təşkil, rusiyalı sülhməramlıların rəhbəri Andrey Volkov isə bu fəaliyyətin gizli qalmasını təmin edir. Bir növ sülhməramlılar ekoloji terrorun üstünə sərilən pərdəyə çevrilibər.

Bu şəraitdə “Dəmirli” “Qızılbulaq” yataqlarından çıxarılan faydalı qazıntılar – qızıl, mis, molibden isə ya elə yerindəcə qanunsuz yolla İrana satılır, ya da Ermənistana daşınaraq, təkrar emal ediləndən sonra dünya bazarını çıxarılırdı.

Göründüyü kimi, belə vəziyyətin qalması sxemin iştirakçısı olan bütün tərəflərə sərf edir. Qarabağdan və onun təbiətindən başqa!



Teqlər: Ekoterror   Qarabağ   Karikatura  





Xəbər lenti