“Təbrizdə tarı pərdəsiz çalan Sadıqcanın əlləri öpüldü” - VİDEO

   “Təbrizdə tarı pərdəsiz çalan Sadıqcanın əlləri öpüldü” -    VİDEO
  18 Dekabr 2022    Oxunub:802
“19-cu əsrin sonlarında - 1880-ci illərdə məşhur tarzən Sadıqcanı Təbrizə yarışmaya dəvət edirlər. Sadıqcan iranlı rəqibini məğlub etmək üçün tarın pərdələrini sökür. Və deyir ki, istənilən muğamı tarda pərdələr olmadan çalacaq. Elə də olur. Bundan heyrətlənən iranlı tarzən, Sadıqcanın rəqibi onun barmaqlarından, əllərindən öpür”.
AzVision.az xəbər verir ki, bu barədə tarix üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Tarixşünaslıq-Mənbəəşünaslıq kafedrasının müəllimi Aydın Məmmədov İTV-nin efirində yayımlanan “Ustad dərsi” verlişində bildirib.


Tarixçi-alim Azərbaycan xalqının milli-mənəvi irsi olan muğamlar haqqında danışarkən tar alətinin rolunu xüsusi olaraq vurğulayıb.

Alim muğamlarımız haqqında nadir tarixi faktlar da açıqlayıb. Tarixçi əlavə edib ki, muğamlarımız xalqımızın milli-mənəvi psixologiyasının əksidir.



O, Sadıqcanın tar alətinə gətirdiyi yeniliklərdən də danışıb. Aydın Məmmədov əlavə edib ki, Sadıqcan tar alətinə etdiyi əlavələrlə və tarı ilk dəfə sinə üzərinə qaldırmaqla adını Azərbaycan və Şərq milli musiqi tarixinə qızıl hərflərlə yazdırıb.


Qeyd edək ki, İTV-də yayımlanan “Ustad dərsi” verlişinə aşağıdakı videodan baxa bilərsiniz.


AzVision.az


Teqlər:





Xəbər lenti