"Azərbaycanda süni intellekt və kiber təhlükəsizliklə bağlı ciddi çətinliklər var"

   "Azərbaycanda süni intellekt və kiber təhlükəsizliklə bağlı ciddi çətinliklər var"
  19 Dekabr 2022    Oxunub:849
"Azərbaycanda bəzi sahələr, o cümlədən süni intellekt, kiber təhlükəsizliklə bağlı ciddi çətinliklər var".
AzVision.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

“Bu sahələrdə mütəxəsislərinin hazırlanmasına ehtiyac var. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada olan problemdir. ABŞ kimi ölkədə də bu sahədə ciddi mütəxəsis çatışmazlığı var, ötən il bir milyondan artıq mütəxəssisə ehtiyac olub. Məqsədimiz bu sahədə mütəxəsislər hazırlamaq, rəqabət qabiliyyətli məhsullar yaratmaqdır. Hazırda Azərbaycanda İKT sahəsində qlobal sahədə rəqabətə dözümlü məhsulların hazırlanması üçün şərait yaradılır”,- deyə nazir müavini bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanda ÜDM-də İKT sahəsinin payı 1,8%-dir. Bu göstərici bəzi qonşu ölkələrlə müqayisədə bir neçə dəfə azdır:

“Biz Gürcüstana, Qazaxıstana və hətta Ermənistana nəzərə salsaq, İKT sahəsində ÜDM payı Azərbaycanla müqayisədə 2-3 dəfə artıqdır. Ona görə də bu sahəyə xüsusi diqqət yetirilməli, inkişaf etdirilməlidir”.

AzVision.az


Teqlər:





Xəbər lenti