Azərbaycanda qış turizmi mövsümünə start verilib - FOTOLAR
Mediatur çərçivəsində media nümayəndələrinə Azərbaycanda qış turizminin imkanları, Dövlət Turizm Agentliyinin bu sahədə gördüyü işlər, eləcə də “Şahdağ“Turizm Mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib.
Təqdimatda çıxış edən Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm kompleklərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verərək, 2023-cü il üçün görüləcək işlər və planlar barədə danışıb.
“Şahdağ” Turizm Mərkəzinin ölkənin qış turizminin inkişafında əhəmiyyətli rol oynadığını deyən Mərkəz direktoru Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, Mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında ətraflı məlumat verib.
Tədbirdə media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.
KİV nümayəndələri mediatur zamanı 4 ulduzlu “Shahdag Hotel & Spa”, 3 ulduzlu “Zirve” hotelləri və “Gaya” ailəvi apartament tipli mehmanxana ilə tanış olublar.
Onlara, həmçinin turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr nümayiş etdirilib. Bundan əlavə, KİV nümayəndələri xizək vasitələri, kanat yolları, atraksionlar və qış əyləncələrindən istifadə ediblər.
AzVision.az
Teqlər: