30 il əvvəlki film: Üçüncü Dünya Müharibəsi Donetskdən başlayır - VİDEO

      30 il əvvəlki film:    Üçüncü Dünya Müharibəsi Donetskdən başlayır -     VİDEO
  19 Dekabr 2022    Oxunub:5226
HBO şirkətinin 1990-cı ildə çəkdiyi “Erkən sökülən dan yeri” (By Dawn’s Early Light) filmi son vaxtlar yenidən gündəmə gəlib. Buna səbəb heç də filmin bədii məziyyətləri deyil. Məsələ ondadır ki, rus dilində «Ядерный рассвет» adlanan filmdə Üçüncü Dünya Müharibəsinin necə başlayacağından bəhs olunur.

Filmin süjetinə görə siyasi sabitliyin pozulduğu SSRİ-də bir qrup hərbçi atom bombasını ələ keçirərək, NATO-nun Ukrayna ərazisinə zərbəsini imitasiya edir. Nəticədə avtomatik rejimdə ABŞ istiqamətində də nüvə başlıqları daşıyan raketlər buraxılır. Onlardan biri Vaşinqtona düşür. Paytaxtı vaxtında tərk edə bilməyən prezidentin vertolyotu zərbə dalğasından qəzaya uğrayır. Onun yerinə keçən daxili işlər naziri SSRİ-yə irimiqyaslı nüvə zərbəsi endirmək əmrini verir...

Yazıçı Uilyam Proknounun “Trinitinin uşaqları” povestinin əsasında çəkilən filmi hazırda maraqlı edən odur ki, orada ilkin nüvə zərbəsi məhz Donetskə endirilir.

Qeyd edək ki, soyuq müharibə dövründə soyuq müharibə mövzusunda çəkilən bu sonuncu filmin adı (“By Dawn’s Early Light”) ABŞ himninin sözlərindən götürülüb: “O say, can you see, by the dawn’s early light…”

Tariyel Həsənov
AzVision.az



Teqlər: Müharibə  





Xəbər lenti