"Azərbaycan Ordusu ermənilərin mövqelərinə atəş açmayıb"- MN

   "Azərbaycan Ordusu ermənilərin mövqelərinə atəş açmayıb"-    MN
  20 Dekabr 2022    Oxunub:728
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti