Bu həkimlərin maaşı 1000 manatdan çoxdur

 Bu həkimlərin maaşı 1000 manatdan çoxdur
  20 Dekabr 2022    Oxunub:1104
Hal hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq əmək haqqısı 1000 manatın üzərindədir.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər və gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ailə həkimlərinə verilən həvəsləndirici əlavələrlə onların əmək haqqısı 500 manata çatdırılıb.

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunur".

V.Qurbanov bildirib ki, stomotoloqlar istisna olmaqla, ixtisaslı həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir.

"Tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə 1-1.5 intervalında əmsallar tətbiq edilir".

V.Qurbanov qeyd edib ki, səhiyyə işçilərinin əməkhaqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti