Bu müəssisələr gələn il TƏBİB-in tabeliyindən çıxır- SİYAHI

 Bu müəssisələr gələn il TƏBİB-in tabeliyindən çıxır-  SİYAHI
  20 Dekabr 2022    Oxunub:993
2023-cü il yanvar ayının 1-dən etibarən bir sıra tibb müəssisələr TƏBİB-nin tabeliyindən çıxarılacaq.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti