Vətəndaşlar TƏBİB-dən hansı hallara görə şikayət edir? - AÇIQLAMA

"Şikayətlərin 20 faizi müəssisənin infrastrukturu, 13 faizi etik davranış qaydalarının pozulması, 13 faizi iş və əmək münasibətlərinin pozulması ilə bağlıdır".
V.Qurbanov qeyd edib ki, daxil olmuş hər bir müraciət TƏBİB-in müvafiq struktur qurumları tərəfindən araşdırılaraq müraciət edən təşkilatlara və vətəndaşlara araşdırmanın nəticələri, görülmüş tədbirlər barədə məlumatlar verilir.
"Bakı şəhəri üzrə vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin əsas məzmunu səhiyyə müəssisələrində tibbi xidmətin göstərilməsi zamanı fərdi olaraq bəzi həkimlərlə rastlaşdıqları problemlər, tibbi sənədləşmənin icrası ilə bağlı köməklik göstərilməsi və s. ilə əlaqəlidir".
Aytən Zəhra
AzVision.az
Teqlər: