Sabunçuda badam bağlarında qadın meyiti aşkarlanıb

   Sabunçuda badam bağlarında qadın meyiti aşkarlanıb
  20 Dekabr 2022    Oxunub:620
Dekabrın 19-u saat 13 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində “AzBadam” şirkətinə məxsus badam bağlarında traktorla qazıntı işləri aparılarkən 1 metr dərinlikdə sellofan torbaya bükülmüş vəziyyətdə şəxsiyyəti müəyyən edilməyən qadın cinsli çürümüş meyitin qalıqları aşkar edilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq qaydada nümunələr götürülərək ekspertizaya təqdim edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti