Küçədə 3 aylıq körpə tapılıb - YENİLƏNİB - FOTO

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev körpənin 3 aylıq olduğunu və faktla bağlı araşdırmalara başlanıldığını bildirib: “Polis əməkdaşları tərəfindən dünən gecə saatlarında Binəqədi rayonunda küçədən tapılan 3 aylıq körpə oğlan uşağı sığınacağa yerləşdirilib. Tədbirlərlə onun anasının şəxsiyyəti müəyyən edilib. Araşdırma aparılır”.
***
Dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsinin Gülüstan küçəsində polis tərəfindən 3 aylıq oğlan uşağı tapılıb.
AzVision.az xəbər verir ki, körpə sığınacağa yerləşdirilib. Artıq körpənin anasının şəxsiyyəti müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: