"Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

   "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"
  20 Dekabr 2022    Oxunub:659
AMADA tərəfindən son 5 ildə idmançılar arasında aşkar edilən antidopinq qayda pozuntularının 56 faizi narkotik və steroidlərlə bağlıdır
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli "Narkotik və steroidlə mübarizə" adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, ümumilikdə AMADA tərəfindən 2017-2022- ci ildə idmançılar arasında aşkar edilən antidopinq pozuntularının 43 faizi streoidlər, 13 faizi narkotiklərin istifadəsi ilə bağlıdır.

"Beynəlxalq Antidopinq Agentliyi tərəfindən aşkar edilən qayda pozuntularının 64 faizi steroid və narkotiklərin istifadəsi ilə bağlıdır. Pozuntuların 44 faizi steroid, 19 faizi narkotiklərlə bağlıdır. Ölkəmizdə də bu problem aktualdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti