TƏBİB-in İcraçı direktoru bölgələrdə kadr çatışmazlığından danışıb
-1671525908.jpg)
O bildirib ki, bununla bağlı xaricdə təhsil almış Azərbaycan vətəndaşı olan həkimlərin ölkəyə geri qayıtması, Bakı və regionlarda əhaliyə tibb xidmət göstərməsi üçün addım atılıb: "Bu il 60-a yaxın Türkiyə və digər xarici ölkələrdə təhsil almış azərbaycanlı həkimlər artıq ölkəmizdə fəaliyyət göstərir. Bu layihə növbəti illərdə də davam edəcək. Regionlarda fəaliyyət göstərən xəstəxanaların vəziyyəti qənaətbəxşdir. Onların yeni avadanlıqlarla təmin olunması davam edir. Kadr çatışmazlığın aradan qaldırmaq üçün də işlər görülür. Bir çox xidmətlər Bakı, Sumqayıt, Gəncədə cəmləşib. Məqsədimiz bu xidmətlərin regionlarda da təqdim edilməsidir".
O bildirib ki, regionlarda kordioloji mərkəzlərin qurulması ilə bağlı bir layihə bitmək üzrədir:
"Yalnız kordioloji deyil, damar problemləri ilə bağlı bölgələr üzrə layihələr hazırlanıb. Bu xidmətlər əhalinin yaşadığı ərazilərə yaxın yerlərdə təqdim ediləcək".
Aytən Zəhra
AzVision.az
Teqlər: