
Xüsusi vurğulanıb ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Mövcud reallıqlar fonunda qardaş xalqların çoxşaxəli və məqsədyönlü fəaliyyəti, birgə təşəbbüsləri bölgəyə rifah və inkişaf vəd edir. Bu, eyni zamanda, Türk dünyası üçün parlaq perspektivlər yaradır.

Görüşdə, həmçinin Türk dövlətlərinin hakim siyasi partiyaları arasında əlaqələrin sıxlaşdırılmasının vacib olduğu, əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Musa Quliyev, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli daxildir.


AzVision.az