Bahar Muradova: “Sığınacaqların sayı ehtiyaclara uyğun gəlmir”

      Bahar Muradova:    “Sığınacaqların sayı ehtiyaclara uyğun gəlmir”
  20 Dekabr 2022    Oxunub:674
“Azərbaycanda fəaliyyət göstərən sığınacaqların sayı ehtiyaclara uyğun gəlmir”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin plenar iclasında suallara cavabında deyib. Onun sözlərinə görə, hazırda komitə aidiyyəti dövlət qurumları ilə birgə bu məsələsinin üzərində iş aparır

“Bütün iqtisadi rayonlarda krizis mərkəzlərinin yaradılması istiqamətində işlərə başlanılıb. Artıq Bakıda bir sığınacaq açılıb, ikisinin də yaxın zamanlarda regionlarda açılması gözlənilir. Ümumilikdə ölkədə 9 yardım mərkəzi var. Hazırda işləyənlərin 8-i qeyri-dövlət müəssisəsi, biri isə dövlətdir. Onlardan üçü sığınacaq xidməti göstərir. Onlardan biri də Gəncədədir. Onların çarpayı sayı məhduddur. Ona görə də yaxın zamanlarda bunu həll edəcəyik”.

B.Muradova əlavə edib ki, azad edilən ərazilərdə müasir tipli iki ailə mərkəzi tikintisi nəzərdə tutulub: “Bu ilər 2023-2026-cı ildə həyata keçiriləcək. Eyni zamanda Bakı-Masallı-Xaçmaz olmaqla investisiya proqramında 3 ailə mərkəzinin açılması planlaşdırılır. İlkin olaraq həmin mərkəzlərin nəzdində məişət zorakılığına məruz qalanları qəbul etmək üçün məntəqələr olacaq. Bunu müvəqqəti sığınacaq kimi qəbul etmək olar. Bunun bütün iqtisadi rayonlarda açılması ilə bağlı məsələ qaldırılıb”.

AzVision.az


Teqlər:





Xəbər lenti