Ağdamda ər arvadını qətlə yetirdi

   Ağdamda ər arvadını qətlə yetirdi
  21 Dekabr 2022    Oxunub:957
Dekabrın 21-i saat 03 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Bu barədə AzVision.az -a Ağdam Rayon Prokurorluğundan məlumat verilib. Aparılan araşdırmalarla zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Sahib İbadovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sahib İbadov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

09:04

Dekabrın 21-də saat 3 radələrində Ağdam rayonu Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın kəsici-deşici alətlərlə qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə AzVision.az -a DİN-in mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini qısqanclıq zəminində törətməkdə qadının həyat yoldaşı, 1974-cü il təvəllüdlü Sahib İbadov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti