"Şuşaya qar yağıb, ətraf ağ örpəyə bürünüb. Hər fəsildə füsunkar olan əbədi yurdumuz hazırda qarlı və dumanlı mənzərəsi ilə qış nağıllarının hüzurlu, sakit və sehirli xəyallarını xatırladır".
AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Şuşanın qar mənzərəsini əks etdirən fot9olar paylaşıb. O qeyd edib ki, Şuşada yağan qarın hündürlüyü 5 sm-dir. Gecə və səhər havanın şaxtalı keçməsi nəticəsində yolların buz bağlaması müşahidə olunub. Günorta saatlarında isə havanın temperaturunun 0 dərəcə ətrafında olması gözlənilir.