Gələn il Dünya azərbaycanlı alimlərinin Forumu keçiriləcək

Gələn il Dünya azərbaycanlı alimlərinin Forumu keçiriləcək
  21 Dekabr 2022    Oxunub:728
"Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 20-dən çox kitab Azərbaycanda və xaricdə böyük tirajla nəşr edilib. Həmçinin "Türkiyə- Azərbaycan" jurnalının 16 nömrəsi çapdan çıxıb".
Bu fikirləri Şuşada keçirilən Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.

O qeyd edib ki, gələn il Dünya azərbaycanlı alimlərinin Forumunu keçirəcəyik: “Hazırda Laçın-Xankəndi yolunda Ermənistanın ekoloji terroruna qarşı aksiya keçirilir. Biz mövzu barədə məlumatlar yayacaq dost ölkələri bu istiqamətdə məlumatlandıra bilərik”,.

Fuad Muradov vurğulayıb ki, komitənin rəsmi internet saytında yayımlanan xəbərlərin operativliyini, sayını təmin etmək üçün interaktiv xəritə yaradılıb. Yaradılan xəritə ilə dünyanın istənilən yerindən diaspor haqqında məlumat almaq olar.

AzVision.az



Teqlər:





Xəbər lenti