1992-1993-cü illərdə ordu sıralarında xidmət edən Azər Zeynalov ilk Şərur rayon Xalq Deputatları Məclisinin İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb.
1994-cü ildə Şərur rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışıb.
2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Mıclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarda iş üzrə şöbəsində baş referant, 2001-ci ildən isə İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 2003-2005-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan Hissəsinin rəisi vəzifəsində işləyib.
Azər Zeynalov 2005-cu ildən bəri Ali Məclisin deputatı, eyni zamanda sədr müavinidir. 2020-ci ilin parlament seçkilərində 10 saylı Şərur seçki dairəsindən namizədliyini irəli sürən A. Zeynalov Yeni Azərbaycan Partiyasının üzvüdür.
2010-cu ildə Azərbaycan Respublikasının "Vətənə xidmətə görə 3-cü dərəcǝli orden”i ilə təltif olunub. Ailəlidir, 2 övladı var.



Aytən Zəhra
AzVision.az