"Yüz minlərlə naxçıvanlıya edilən pisliklərdən uzaq olmaq lazım idi" - Vasif Talıbovun keçmiş müşaviri

   "Yüz minlərlə naxçıvanlıya edilən pisliklərdən uzaq olmaq lazım idi" -   Vasif Talıbovun keçmiş müşaviri
  21 Dekabr 2022    Oxunub:1029
“Vasif Talıbovun gedişi bütün hallarda labüd idi. İndi onun gedişindən sonra muxtariyyatımızın əhalisini, coğrafiyasını və vaxtilə orada işlədiyim üçün indiyə qədərki idarəçiliyini az-çox tanıyan şəxs kimi Naxşıvanda bundan sonra nə ola biləcəyi üzərində düşünürəm...”.
AzVision.az xəbər verir ki, bu fikirləri Naxçıvan MR Ali Məclisi sədrinin keçmiş müşaviri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

“Muxtariyyatın taleyi yenə oradakı köhnə komanda üzvlərindən kiminsə əlindəmi olacaq?Naxçıvanı lazımınca tanımayan kiminsə ümidinəmi qalacaq?

30 il talançı bir dəstənin üzündən inamı qırılmış yüz minləri ovundurmaq, könüllərini almaq üçün nələr ediləcək?

1997-ci ildə Ali Məclisdən niyə istefa verdiyimi və onun əsl səbəbləri üzərində bir daha düşündüm, qənaətə gəldim ki, 25 il əvvəl bu addıma məcbur edilsəm də, düzgün etdim…

Şəxsi planda böyük məşəqqətlər yaşasam da, 27 illik rejimin yüz minlərlə naxçıvanlıya etdiyi nəhayətsiz pisliklərin məsuliyyətindən həqiqətən uzaq olmaq lazım idi...".

Qeyd edək ki, A. Quliyev 1998-ci ildədək Naxçıvan Dövlət Plan Komitəsində, Naxçıvan Dövlət Universitetində, sonra Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, şöbə müdiri vəzifələrində çalışıb.

2003-cü ildən isə "Bakı-Xəbər" qəzetini yaradaraq ona rəhbərlik edir. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti