"Birgə təlimlər Cənubi Qafqazda təhlükəsizlik üçün vacibdir" - Zakir Həsənov

   "Birgə təlimlər Cənubi Qafqazda təhlükəsizlik üçün vacibdir" -    Zakir Həsənov
  21 Dekabr 2022    Oxunub:937
“Ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlıq davam edir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Z.Həsənov bildirib ki, birgə təlimlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin qorunması üçün vacibdir:

“Xalqlarımız arasında yaxınlığın hərbi əməkdaşlığın bu səviyyəyə çatmasında müstəsna rolu var. Xalqlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram”.

Z. Həsənov xatırladıb ki, müstəqillik illərindən başlayan əməkdaşlıq son illər sürətlə inkişaf edir.

Qeyd edək ki, bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş olub.

AzVision.az


Teqlər:





Xəbər lenti