"Qəbələ Təndir"in sahibinə məhkəmə bəraət verib

"Qəbələ Təndir" restoranın Rəşad adlı icarədarı saxlanılıb və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Araşdırma zamanı məlum olub ki, Rəşad iki ilə yaxın imiş Ramin adlı şəxsdən "Qəbələ Təndir" restoranı icarəyə götürüb. Rəşad qəbələli tanışları ilə birlikdə Mobil adlı dostunun ad gününü keçirdikdən sonra əylənmək üçün "Poker” oynamağa qərar veriblər.
Dekabrın 15-də Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən məhkəmədə qərar verilib ki, Rəşad adlı şəxsin əməlində cinayət tərkibi yoxdur. Buna görə də ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. (qaynarinfo)
AzVision.az
Teqlər: