“Sülhməramlılar şəffaflığı təmin etməlidirlər” – Qazaxıstanlı ekspert

   “Sülhməramlılar şəffaflığı təmin etməlidirlər” –    Qazaxıstanlı ekspert
  22 Dekabr 2022    Oxunub:2801
“Qarabağın təhlükəli zona olduğunu nəzərə alsaq, Rusiya sülhməramlılarının qalmasına ehtiyac var, lakin onların orada konkret olaraq hansı işlə məşğul olduğu, fəaliyyətlərinin iki ölkə xalqının istəklərinə cavab verib-verməməsi başqa məsələdir”.
Bunu AzVision.az -a açıqlamasında Qırğızıstan Respublikası müdafiə nazirinin keçmiş birinci müavini Murat Beyşenov deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə kimsə qızıl və digər təbii sərvətlər hasil edirsə, buna son qoyulmalıdır.

“Orada ümumiyyətlə faydalı qazıntı yataqlarının işlənilməsi ilə bağlı heç bir iş aparılmamalıdır, çünki ərazi sülhməramlıların nəzarəti altındadır və onlar tələblərə əməl etməlidirlər. Rusiya sülhməramlı kontingentinin rəhbərliyi öz fəaliyyətinin maksimum şəffaflığını təmin etməli, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahlarını Qarabağ ərazisində gördüyü işlər barədə məlumatlandırmalıdır. Bu, istənilən sülhməramlı kontingentin vəzifəsidir ”, - Beyşenov bildirib.

Sülhməramlıların maska taxmaq məsələsinə gəlincə, politoloq deyib ki, məsələn, pandemiya zamanı və ya soyuq havada sülhməramlılar maska taxa bilərlər. Amma Azərbaycan tərəfi maskaları çıxarmağı tələb edirsə, buna əməl edib, üzlərini göstərməlidirlər.

“Hesab edirəm ki, üz gizlətməyə heç bir ehtiyac yoxdur. Sülhməramlılar hansısa gizli tapşırıq yerinə yetimirlər. Bundan başqa, Ermənistan vətəndaşlarının və ya erməni millətindən olan Rusiya vətəndaşlarının sülhməramlı kontingentdə xidməti qəbuledilməzdir. Hesab edirəm ki, bu baxımdan obyektivlik və şəffaflıq təmin olunmalıdır”, - həmsöhbətimiz söyləyib.

Samir Vəliyev
AzVision.az



Teqlər: Sülhməramlı   Aksiya  





Xəbər lenti