Bakı Yeni ilə hazırlaşır

   Bakı Yeni ilə hazırlaşır
  22 Dekabr 2022    Oxunub:1295
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il şənliklərinini keçirilməsi ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqlar və digər bəzəklər quraşdırılıb , bayram yarmarkaları yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən AzVision.az -a bildirilib ki, paytaxtda 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilir.

Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov və Niyazi küçəsindən əlavə bu il İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti də bayramla bağlı bəzədilib. Azneft dairəsində isə xüsusi və fərqli tərtibatla 20 metr hündürlüyündə yeni il şam ağacı kompleksi yaradılıb. Həmçinin bu işlər ictimai iaşə obyektlərini də əhatə edir.

Bundan başqa həmişə olduğu kimi paytaxtımızda insanların daha çox bayramı qeyd etdiyi məkanlar Fəvvarələr meydanında, Dənizkənarı Bulvarda, İçərişəhərdə bu il əvvəlki illərdən fərqli və geniş formada olaraq xüsusi proqram əsasında bayram hazırlıqları görülüb. BŞTİ-dən rayon icra hakimiyyətlərinə tövsiyə edilib ki, bayramla bağlı ərazilərində nümunəvi küçə hazırlansın. Ümumilikdə demək olar ki, şəhərin əksər meydan və parklarında yeni il şam ağacları quraşdırılır və hazırlıq işləri görülür.



Eyni zamanda təsdiq olunmuş dislokasiyalara uyğun olaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən əsas etibarı ilə metro stansiyalarının yaxınlığındaki yerlərdə çadırlar qurulub ki, burada da şəhər sakinləri və qonaqlar üçün bayram yarmarkaları təşkil olunub.

Həmçinin , hazırlıq işləri çərçivəsində dekabrın 17-də Bakı şəhərinin ərazisində “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumşəhər daxili iməcliyi keçirilib.



Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti