"Aksiyanın məramının başqa səpkidə təqdim olunması bizi hiddətləndirib" - İştirakçı

   "Aksiyanın məramının başqa səpkidə təqdim olunması bizi hiddətləndirib" -    İştirakçı
  22 Dekabr 2022    Oxunub:1031
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən dinc etiraz aksiyası on birinci gündür ki, davam edir.
Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Qəmzə Yusubova AzVision.az -a açıqlamasında bildirib ki, bu gün etirazçıların əhval-ruhiyyəsi bir qədər fərqlidir. Bu da BMT Təhlükəsizlik Şurasının (BMT) iclasında aksiyanın məramının başqa səpkidə təqdim olunmasıdır:

"Biz çox hiddətliyik. Ermənipərəst Fransanın iclasda aksiyamızla bağlı təqdimatı dünya ictimaiyyətinin səhv məlumatlandırılmasına səbəb oldu. Bu bizi narahat edir. Biz dünyaya bəyan edirik ki, aksiyamız sülhməramlıların nəzarəti altındakı torpaqlarımıın ekoloji problemi ilə bağlıdır və dinc aksiyadır. Biz sərvətlərimizin talan edilməsinin dayandırılmasını tələb edirik və yerinə yetirilənə qədər də aksiyamız davam edəcək.

İlk günlərdə ekoloqlar, QHT rəhbərləri toplaşıb aksiyaı təşkil etmişdisə, hazırda yüzlərlə gənc bura toplaşıb. Hər kəsin əhval-ruhiyyəsi yüksəkdir", deyə aksiya iştirakçısı əlavə edib.









Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti