Vəkil-hüquqşünas: Yeni nazir müavini kimdir?

   Vəkil-hüquqşünas:    Yeni nazir müavini kimdir?
  22 Dekabr 2022    Oxunub:3830
Xəbər verdiyimiz kimi, Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin olunub.
AzVision.az Adil Kərimlinin dosyesini təqdim edir.

O, 1979-cu il də anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr təhsili alıb. Daha sonra "Cinayət hüququ, cinayət prosesi və kriminalsitika" ixtisası üzrə magistr oxuyub. Bakı Dövlət Universitetinin cinayət hüququ ixtisaslaşması üzrə doktoranturanı bitirərək hüquq üzrə fəsəfə doktoru olub. Dissertasiyası "Qəsdən adam öldürmə cinayətlərinin tövsüfündə motivin yeri və rolu" mövzusunda olub.

İtaliyanın "Siracussa İnternational İnstitute for Criminal Justice and Human Rights" - "Beynəlxalq və transmilli cinayətlər" istiqaməti üzrə ixtisaslaşma kursu keçib.

Fəaliyyət göstərdiyi vəkil qurumu: "Pro Bono" vəkil bürosudur. İngilis, Rus dillərini bilir.
4 il vəkil kimi fəaliyyət göstərib. Hazırda da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü kimi fəaliyyətini davam etdirir.



Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

Həmçinin, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvu olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.

“Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb.

Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti