Yeni nazir müavini vəkil kimi fəaliyyət göstərəcək? - AÇIQLAMA

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov AzVision.az -a açıqlamasında bildirib ki, Adil Kərimli dövlət qulluğuna keçdiyi üçün vəkillikdən azad edilir.
““Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə əsasən vəkil dövlət qulluğuna keçdikdə onun vəkillik fəaliyyəti dayandırılır və Rəyasət Heyətinin üzvlüyündən çıxarılır. Adil müəllim bu gün Prezidentin sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin edilib. Bu gündən də onun vəkil fəaliyyəti dayandırılır”.
- Adil Kərimli təcrübəli hüquqşunas, hüquq üzrə fəlsəfə doktorudur, deyən Anar Bağırov bildirib ki, o, 2022-ci ildən Rəyasət Heyətinə üzv seçilib və fasilələrlə vəkil kimi fəaliyyət göstərib:
“Adil müəllim həm elmi, həm də praktiki fəaliyyətlə məşğul olan hüquqşunasdır. Onun yüksək vəzifəyə təyin olunması həm də vəkilliyə də göstərilən yüksək etimaddır. Vəkil korpusu adından onu təbrik edir, xalqımız, millətimiz dövlətimiz üçün xeyirli olsun”.
Aytən Zəhra
AzVision.az
Teqlər: