Səlahiyyətli nümayəndə: "islahatların təmin edilməsində səylərimi əsirgəməyəcəyəm"

      Səlahiyyətli nümayəndə:    "islahatların təmin edilməsində səylərimi əsirgəməyəcəyəm"
  22 Dekabr 2022    Oxunub:699
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib. Dövlət başçısı ona müvafiq tapşırıqlarını verib.
AzVision.az xəbər verir ki, Fuad Nəcəfli ona göstərilən yüksək etimada görə Prezidentə təşəkkürünü bildirib.

Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevi əmin edib ki, bütün fəaliyyət dövlət başçısının siyasəti üzərində aparılacaq, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı islahatların Naxçıvan Muxtar Respublikasında da təmin edilməsi işində səylərini əsirgəməyəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyin təsis edilməsinə dair sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti