Dünyanı heyrətləndirən – FOTOLAR

Dünyanı heyrətləndirən – FOTOLAR
  14 May 2014    Oxunub:1639
Hələ heç kim dünyanı bu 11 yaşlı oğlan qədər detallı təsvir etməyib. Duşan Krtoliça adlı serbiyalı uşaq öz dövrünün ən görkəmli vunderkind rəssamıdır.
O, sadə qara qələmin köməyilə heyvan və bitkiləri bütün müxtəlifliyi ilə dəqiq və yüksək dərəcdə ətraflı təsvir edir. Gənc rəssam öz əsərlərində həm milyonlarla il əvvəl nəsli kəsilmiş heyvanları, həm də bu gün yaşayan heyvanları təsvir edir.

Duşan ilk rəsmini 2 yaşında çəkib. 8 yaşı olanda isə onun artıq yerli miqyasda iki şəxsi sərgisi olub. Gənc rəssamın artıq ABŞ, Avstraliya və Hindistana sərgiləri keçirilib. Duşanın çəkdiyi ilk rəsm balina təsviri olub, amma valideynləri buna çox əhəmiyyət verməyib. Sonradan o, hər gün rəsmlər çəkməyə başlayıb və durmadan valideyinlərindən yeni vərəqlər istəyib. Bu gün o, öz əl işləri üçün həftə ərzində 500 vərəq sərf edir. Yaxınları oğlanın dayanmadan rəsm çəkdiyini görəndə psixoterapevtə müraciət ediblər. Mütəxəssis onlara izah edib ki, bu, uşaq psixologiyası üçün zərərli deyil və uşağın yüksək intellektə malik olduğunu göstərir, eyni zamanda enerjini xərcləməyin bir yoludur. Bütün bunlara baxmayaraq Duşan adi uşaq olaraq qalır, yaşıdları ilə vaxt keçirir və tez-tez onların əllərinə marker vasitəsilə sevimli heyvanlarının rəsmini çəkir. O, gələcəkdə özünü zooloq kimi görür.

AzVision.az onun çəkdiyi rəsmlərin bir hissəsini təqdim edir:

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti