“Şimal axını”nı kim partladıb? - Putinin versiyası

“Şimal axını”nı kim partladıb? -  Putinin versiyası
  22 Dekabr 2022    Oxunub:1019
“Şimal axını”nı Avropanı Rusiya qazı ilə yalnız Ukrayna ərazisindən təmin etməkdə maraqlı olan biri partladıb.
AzVision.az xəbəfr verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Dövlət Şurasının iclasından sonra mətbuata açıqlamasında deyib.

O, həmçinin bildirib ki, Rusiyanın bir vaxtlar partlayışın baş verdiyi yerə baxmaq imkanı olub, lakin tam araşdırma aparılmayıb. "Heç kim ona rəhbərlik etmir", deyə siyasətçi qeyd edib. "Təəccüblüdür, lakin faktdır".

Eyni zamanda Rusiya lideri “Şimal axını”nda baş verən terror aktını hamının tanımasına diqqət çəkib.

"Bu, beynəlxalq, deyərdim ki, dövlət terrorizmidir. Niyə? Çünki ayrı-ayrı şəxslər, fərdi şəxslər, fərdlər təkbaşına, dövlət strukturlarının dəstəyi olmadan belə terror aktlarını həyata keçirə bilməzlər. Bunun dövlətlərin dəstəyi ilə edildiyi aydındır.

AzVision.az


Teqlər:





Xəbər lenti