"Eşşək Tahir" saxlanıldı

  "Eşşək Tahir" saxlanıldı
  23 Dekabr 2022    Oxunub:988
Sabirabad rayonunda 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunub.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb.

Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.

T.Məstəliyev rayonda "Eşşək Tahir" ləqəbi ilə tanınır.

AzVision.az


Teqlər:



Xəbər lenti