Dövriyyədə olan ödəniş kartlarının sayı 13 milyonu ötüb
Qeyd edilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb. 2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2524 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1908 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 613 mln. manatı POS-terminallar, 2.4 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 47.4%-ni təşkil edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


