"Xocəsən" stansiyası açıldı

   "Xocəsən"  stansiyası açıldı
  23 Dekabr 2022    Oxunub:975
Bu gün metronun yeni "Xocəsən" stansiyası ilk sərnişinlərini qəbul edib.
AzVision.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, artıq ilk sərnişinlər qatarlardan istifadə edib.

""Xocəsən" stansiyası Bakı Metropoliteninin 27-ci stansiyasıdır. Digər yerüstü "Bakmil" stansiyasından fərqli olaraq sərnişindaşımada daha intensiv istifafə olunacaq”,- deyə o əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti