İlin sonuna 6333 nəfərə sığorta ödənişi təyin ediləcək

 İlin sonuna 6333 nəfərə sığorta ödənişi təyin ediləcək
  23 Dekabr 2022    Oxunub:742
Bu ilin dekabr ayında 544 nəfərə işsizlikdən sığorta üzrə ödəniş təyin edilib. Ümumilikdə ilin sonuna 6333 nəfərə işsizlikdən sığorta üzrə ödəniş təyin edilməsi nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu ilin sonuna 16175 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərə tutulur.

"Bu ilin gözləntisi 900 nəfərin sosial iş yerlərinə işə qəbul edilməsidir. Eyni zamanda ilin sonuna 910 nəfərin kvota üzrə işlə təmin edilməsi nəzərdə tutulub".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti