Arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə 10 il 6 ay həbs istənildi

Arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə 10 il 6 ay həbs istənildi
  23 Dekabr 2022    Oxunub:695
Prokuror Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Saməddin Həsənovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
AzVision.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin növbəti iclası dekabrın 29-na təyin edlib.

Qeyd edək ki, hadisə bu ilin martında Xəzər rayonu Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü S.Həsənov qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.

S.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti