Tərtərdə müharibədən sonra tikilən evlərin sənədi verilib

Tərtərdə müharibədən sonra tikilən evlərin sənədi verilib
  23 Dekabr 2022    Oxunub:890
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Tərtər rayonunda erməni terroru nəticəsində dağıdılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi məqsədilə səyyar qeydiyyat xidmətləri göstərib.
Bu barədə AzVision.az -a qurumdan bildirilib.

Xidmət çərçivəsində Prezident İlham Əliyevin “Baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli fərmanın əhatə etdiyi 70 evin sənədləri dövlət qeydiyyatına alınıb.

Bu günə qədər fərmanın icrası ilə əlaqədar 639 yaşayış sahəsinin mülkiyyət hüquqları qeydiyyata alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti