Əli Əsədov Mişustinlə telefonla danışıb

   Əli Əsədov Mişustinlə telefonla danışıb
  23 Dekabr 2022    Oxunub:927
Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefon danışığı zamanı ikitərəfli iqtisadi layihələri müzakirə ediblər.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat yer alıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran iqtisadi layihələr üzrə birgə işin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Hökumət başçıları ticarət-iqtisadi, elmi-texniki sahələrdə əməkdaşlığın qurulmasının aktual məsələlərini nəzərdən keçiriblər.

AzVision.az


Teqlər:



Xəbər lenti