BQXK-nın daha üç avtomobili Laçın dəhlizindən maneəsiz keçib

   BQXK-nın daha üç avtomobili Laçın dəhlizindən maneəsiz keçib
  24 Dekabr 2022    Oxunub:1010
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, nəqliyyat vasitələri Xankəndindən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Onu da qeyd edək ki, BQXK-ya məxsus maşın və təcili yardım avtomobili aksiya müddətində daha əvvəl də maneəsiz şəkildə hərəkət edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 13 gündür davam edir.

AzVision.az



Teqlər: Dəhliz  





Xəbər lenti