Kral daha yelkənli idman yarışlarına qatılmayacaq

Kral daha yelkənli idman yarışlarına qatılmayacaq
  24 Dekabr 2022    Oxunub:1907
Norveç kralı V Harald bütün yetkin həyatı boyu məşğul olduğu yelkənli idman yarışlarında artıq iştirak etməmək qərarına gəlib.
Bu ilin fevral ayında 85 yaşı tamam olan monarx 2019-cu ildə İspaniya kralı VI Filiplə reqataya qatılıb. Yarışlar koronavirus pandemiyasının başlamasına az qalmış Mayorkada keçirilib.

Gənclik illərində V Harald yelkənli idman növləri üzrə üç dəfə - 1964-cü ildə Tokioda, 1968-ci ildə Mexikoda və 1972-ci ildə Münhendə keçirilən Olimpiya Oyunlarında yarışıb.

Haraldın iştirakı ilə Norveç yığması heç vaxt podiuma çıxmayıb. Lakin bir dəfə - Tokioda o, Olimpiya Oyunlarının açılış mərasimində Norveçin bayrağını daşımaq şərəfinə nail olub.

AzVision.az



Teqlər:





Xəbər lenti