Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik davam edir.
AzVision.az xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları konteynerləri sökür. Bir qədər əvvəl onlar buradakı çadırlarını da sökmüşdülər.