"Bu cinayətləri sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib" - Dövlət başçısı

Dövlətimizin başçısı deyib: “Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklərini edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqləmirdi”.
O vaxt işğal altında olan torpaqlara ATƏT-in iki dəfə faktaraşdırıcı missiya göndərdiyini xatırladan Prezident qeyd edib ki, onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük.
AzVision.az
Teqlər: