"Naxçıvan İranın agentləri ilə dolub, təmizləmək lazımdır"

“Demişəm ki, bu adam o səviyyəyə layiq deyil. Bir dəfə onu qəbul etdim, dinlədim. Açığı, cəhd də etmədim ki, izah edəm yolu düz deyil... Gördüm, elə adamdır ki, belə izahat lazım deyil, onsuz da anlamayacaq. Sonralar bəzi hərəkətləri ilə bağlı məlumatlar aldım, təndirdə çörək bişirməyi qadağan etmək və s. Özünü “xan” kimi aparırdı, “Naxçıvanın xanı” deyirdilər... Prezident İlham Əliyevin Naxçıvanda həyata keçirdiyi islahatlar zamanında atılmış bir addımdır. Bəzi qurumların Bakıya tabe etdirilməsi mühüm məsələdir. Bu, hələ islahatların başlanğıcıdır.
Naxçıvanın muxtar respublika statusu ləğv edilməlidir, Azərbaycan, sözün həqiqə mənasında, unitar dövlətə çevrilməlidir. Naxçıvan İranın agentləri ilə dolub, təmizləmək lazımdır. Vasif Talıbov korrupsiya və rüşvətxorluğu yüksək səviyyədə həyata keçirib, çalışıb ki, gizli saxlasın. Onun “vurulma” səbəblərindən biri də budur. Qiyam və s. işləri təkbaşına bacarmaz, əlindən gəlməz. O başqa məsələdir ki, İranın təsiri altında özündə qüvvə hiss etsin. Ağlı kifayət qədər deyil ki, anlasın, bu zərərlidir, onsuz da baş tutmayacaq”, - R.Quliyev qeyd edib.
AzVision.az
Teqlər: