"Məni böyük bəladan xilas etdiniz" - Aygün Bəylər

   "Məni böyük bəladan xilas etdiniz" -    Aygün Bəylər
  26 Dekabr 2022    Oxunub:1573
“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva - sizə sonsuz minnətdaram. Allah sizi qorusun. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Məni böyük bəladan xilas etdiniz. Məni bir daha sevindirdiniz, sıxıntıdan qurtardınız. Evimi bizə qaytardınız”.
AzVision.az xəbər verir ki, bunu xalq artisti Aygün Bəylər deyib. Müğənni ona ev bağışladığına görə dövlət başçısına və xanımına təşəkkür edib.

Sənətçi xərçəng xəstəliyindən sağalmasından da danışıb: “İstədim sevincimi sizinlə paylaşım. Göydə Allahın, yerdə sizin dualarınız məni sağlığıma qovuşdurdu. Dualarınız üçün minnətdaram”.

Qeyd edək ki, A. Bəylər bir neçə il öncə öz solo konsertini keçirtmək üçün evini girov qoymuşdu. Baş tutacaq konsert “Günəşli” yatağında baş verən faciə ilə eyni vaxta təsadüf etdiyindən ləğv olunmuşdu və müğənni böyük miqdarda maddi gəlir itirmişdi.



AzVision.az


Teqlər:





Xəbər lenti