DSMF illik hesabatını verdi: Növbəti ildə 70 faiz artım olacaq

"Büdcə təşkilatlardan daxilolmalar 22 faiz artımla, qeyri büdcə təşkilatlarından daxilolmalar 18 faiz artımla icra olunub".
H.Məmişov bildirib ki, fonda transfertlərin gəlirdə payı 18,3 faiz azalıb.
Sədr əlavə edib ki, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 5250,3 milyon manat həcmində olub, bu da ötən ilin müvafiq dövrü 8,4 faiz artım deməkdir.
"Fondun xərclərinin 97 faizi əhaliyə ödənişlərin maliyyələşdirilməsinə sərf edilib. Xərclərdə 2018-ci illə müqayisədə 40 faiz artım var və növbəti ildə isə 70 faizlik artımın şahidi olacağıq".
H.Məmişov qeyd edib ki, büdcə vəsaitləri hesabına xərclərin maliyyələşdirilməsində 3,5 dəfəyə qədər artım müşahidə edilir.
Aytən Zəhra
AzVision.az
Teqlər: