Qarabağ müharibəsi əlillərinə 105,5 milyon birdəfəlik ödəniş edilib

   Qarabağ müharibəsi əlillərinə 105,5 milyon birdəfəlik ödəniş edilib
  26 Dekabr 2022    Oxunub:626
"Cari il ərzində 1991-1997-ci illərdə xəsarət almış 16 679 Qarabağ müharibəsi əlilinə birdəfəlik ödənişlərin verilib".
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, ödənişlər tam proaktiv şəkildə həyata keçirilib.

"Qeyd edilən kateqoriya üzrə Naxçıvanda yaşayan 441 şəxsə, eyni zamanda məhkəmə hökmü olan 1109 şəxsə birdəfəlik ödəniş verilib. Bu ödənişlərin verilməsi üçün 105,5 milyon manat sərf edilib".

H. Məmişov qeyd edib ki, "Zəfər" altsistemi vasitəsilə cari il ərzində təxminən 86 min şəxsə müharibə veteranı təqaüdü verilib və ödənişləri də 2023-cü ilin yanvarın 1-dək tam ödənilib.

Aytən Zəhra /strong>
AzVision.az



Teqlər:





Xəbər lenti