Yol polisinin maşını "Mercedes"lə toqquşdu - Yaralanan var

   Yol polisinin maşını "Mercedes"lə toqquşdu -    Yaralanan var
  26 Dekabr 2022    Oxunub:999
Dekabr ayının 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a bildirilib ki, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəində araşdırma aparılır.



AzVision.az


Teqlər:





Xəbər lenti