İsrail prezidenti: “Azərbaycan regional liderdir”

Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan vətəndaşların harmoniya və qarşılıqlı hörmət şəraitində birgəyaşayışı məni xüsusilə heyran edir. Ölkəniz bütün dinlərin nümayəndələrinin sülh və əməkdaşlıq şəraitində birgə yaşamasının dünyaya parlaq nümunəsidir. Novruz, Hanuka, Milad və Yeni il bayramlarının qeyd olunması bu inklüzivliyə və anlaşmaya sadiqliyin sübutudur”,- Hersoq yazıb.
O, Azərbaycandakı yəhudi icmasına göstərilən dəstəyə görə də minnətdarlığını bildirib: “Siz İsrail Dövlətinin və yəhudi xalqının dostusunuz, biz Azərbaycanın səfirliyinin açılmasını və İsrailə səfərinizi səmimi münasibətlərimizin daha da möhkəmlənməsi baxımından səbirsizliklə gözləyirik”.
Hersoq yazıb ki, bu il İlham Əliyevin doğum gününün nur və firavanlıq rəmzi olan Hanuka bayramı günlərinə təsadüf etməsi xüsusilə əlamətdardır: "Bu münasibətlə bir daha səmimi təbriklərimi və qarşıdan gələn ildə xoşbəxtlik və cansağlığı diləklərimi qəbul etməyinizi xahiş edirəm”.
Teqlər: İsrail