Bu il 7 idmançıya sanksiya tətbiq edilib

 Bu il 7 idmançıya sanksiya tətbiq edilib
  27 Dekabr 2022    Oxunub:872
"2022-ci il ərzində 7 Antidopinq Qayda Pozuntusu üzrə sanksiya qərarı qəbul edilib".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, boks idman növündə 2, ağır atletika idman növündə 2, güləş, karate və kikboksinq idman növlərinin hər birində isə 1 Antidopinq Qayda Pozuntusu ilə bağlı sanksiya qərarı verilib.

"2022-ci il ərzində idmançılardan ümumilikdə 1456 test götürülüb. Bunlardan 770-i yarış müddətində, 686-i isə yarışdan kənar müddətdə götürülüb".

Ş.Hüseynli qeyd edib ki, antidopinq qayda pozuntularının aşkarlanmasında aparılan təhqiqatların böyük rolu var.

"AMADA-nin Təhiqqat șöbəsi bu il 382 məsələ haqqında araşdırma aparıb. Bunlardan 28-i ntidopinq qayda pozuntusu üzrə təhqiqat , 43-ü məkan məlumatı xətası üzrə təhqiqat, 272-i doping nəzarəti protokolu üzrə yoxlamalar, 16-ı ifșa etmə məlumatları, 23-ü isə hədəfi
testlər əsasında olub".

AMADA sədri əlavə edib ki, dopinqlə mübarizədə dopinq vasitələrinin qanunsuz dövriyyəsi
və satışının qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə xüsusi olaraq
hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti