"Federasiyalar düzgün məlumatlar vermir" - Şəfəq Hüseynli

"Federasiyalar düzgün məlumatlar vermir" -    Şəfəq Hüseynli
  27 Dekabr 2022    Oxunub:1599
"Bəzi federasiyalar bizə vaxtında və tam düzgün məlumatlar və idmançıların siyahılarını vermir. Bu da bizim və onların işlərinə çətinləşdirir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidoping Agentliyinin (AMADA) sədri Şəfəq Hüseynli deyib. Onun sözlərinə görə, hətta bəzi federasiyalar testləri necə aparmaqla bağlı tövsiyə verir:

"Bu da qəbuledilməzdir. Ümumiyyətlə, federasiyaların bizimlə işləməsində son illər müsbət dəyişiklər olur. Əsas problemlər məlumatların gizlədilməsi və vaxtında təqdim edilməməsidir. Qeydiyyata alınan idmançılarla bağlı da problem olur ki, onlar da vaxtında məlumat verməyəndə sanksiyaya gətirib çıxardır".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti